İsrail 300 fələstinli uşağı zindanlara salaraq təhsildən məhrum edib

İsrail 300 fələstinli uşağı zindanlara salaraq təhsildən məhrum edib

İsrail təcridxanalarında saxlanılan 300 nəfərə yaxın fələstinli azyaşlı yeni tədris ilində dərslərinə qatılmaqdan məhrum olublar.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Fələstinli Məhbusların Tədris Mərkəzinin direktoru Rəfat Həmadunanın sözlərinə görə, dünən 1,3 milyon fələstinli şagird və tələbə yeni tədris ilinə start verib, lakin bir çoxları bu hüquqlarından məhrum olub.
 
"İşğalçı İsrail rejimi fələstinli uşaqlara qarşı cinayət törətməkdədir. Fələstinli uşaqlar ən elementar hüquqlarından yararlana bilmirlər, təhsildən məhrum ediliblər, fiziki və psixoloji işgəncələrə məruz qalırlar, aclığa məruz qoyulurlar, yırtıcı itlərlə qorxudulurlar, aldadılırlar, tək hücrələrdə saxlanılırlar, saxta hərbi məhkəmələrdə məhkum olunurlar, təxribatçı yoxlanışlara məruz qalırlar və münasib olmayan yerlərdə tərk edilirlər", - deyə R.Həmaduna sözlərinə əlavə edib.
 
O, həmçinin beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət edərək İsrail zindanlarında fələstinli uşaqlara qarşı tətbiq edilən işgənclərə son qoyulması üçün səfərbər olmalarını istəyib.
 

 

Google+ WhatsApp ok.ru