İsrail əsgərlərindən növbəti vəhşilik

Sionist əsgərlər yaraladıqları gənc qız və oğlana yardım edilməsinə icazə vermədilər.
Maide.az xəbər verir ki, Fələstinin Əl-Xəlil şəhərində təcavüzçü İsrailin əsgərləri Ziya Əbdülhəlim Mahmud əl-Təlahəmə 21 yaşlı fələstinli gənci güllələyiblər.
Sionist rejim əsgərləri ağır yaralanan gəncə həkimlər tərəfindən yardım göstərilməsinə icazə verməyiblər. Nəticədə çoxlu qan itirən fələstinli gənc ölüb. İsrail ordusundan verilən açıqlamada isə, guya həmin gənc əsgərlərə bomba atmaq istəyərkən əlində partlayıb və ölüb.
İsrail əsgərlərinin vəhşiliyi bununla da bitməyib. Yenə həmin şəhərdə 18 yaşlı gənc bir qız da qarnından aldığı ağır güllə yarası ilə qanlar içində yerdə qalıb. Sionistlər yenə də həkimlərə imkan verməyiblər ki, yaralı qıza kömək göstərsinlər. Yalnız 30 dəqiqədən sonra yaralı qızı ağır halda xəstəxanaya aparmaq mümkün olub.
İsrail ordusu digər hadisədə olduğu kimi, bu hadisədə özlərinə haqq qazandırıblar. Belə ki, onlar iddiasına görə, gənc qız əsgərlərə bıçaqla hücum etdiyi üçün ona güllə atılıb.
Bu hadisələrdən sonra, fələstinlilər və İsrailli əsgərlər arasında toqquşma olub. Sionist rejim əsgərlər hadisə yerində toplaşan grupu dağıtmak üçün plastik mərmi və gözyaşardıcı qazdan istifadə ediblər./

Google+ WhatsApp ok.ru