İsrail əsgərindən qan donduran etiraf -VİDEO

Qəzzaya qarşı 2007 ildən bəri davam edən İsrail hücumları nəticəsində minlərlə günahsız mülki vətəndaş öldürülüb.
 
İslaminsesi.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu əməliyyatlarda iştirak edən İsrail əsgərlərindən bəziləri həyata keçirdikləri qətliamlardan  sonra depressiyaya düşərək  qatil olduqlarını etiraf ediblər.
 
İsrail Dövlət Komitəsinə yaşadığı psixoloji sıxıntılar səbəbiylə özünə dəstək olunması üçün yalvaran bir əsgər, öldürülən fələstinli məsumlar  onun yuxularının kabusuna çevrildiyini bildirib.
 
İsrail ordusuna daxil olmadan əvvəl adını dəyişdirdiyini deyən IdoGal  Razon kod adlı İsrail əsgərinin qan donduran etirafları, Youtube  şəbəkəsində yüklənən video ilə ortaya çıxıb. Videoda Razon 40-dan çox fələstinlini əlləri ilə qətlə yetirdiyini açıqlayıb.
 
Razon hələ 20 yaşında ikən günahsız fələstinliləri qətlə yetirdiyi üşün 2007-ci ildən bu günə qədər psixoloji narahatlıqlar yaşadığını bildirib.
 
“Onları sizin üçün bu əllərimlə  öldürmüşəm. 40-dan artıq adam qətlə yetirmişəm. Mən bir qatiləm. 9 yaşlı uşağı və onunla yanaşı qətlə yetirdiyim məsum fələstinlilər gecə yuxuma girərək, nədən onları öldürdüyümü soruşurlar”  - deyə əsgər qeyd edib.

Google+ WhatsApp ok.ru