İsrail əsgərləri Fələstin qaçqın düşərgəsinə basqın təşkil etdi

İsrail əsgərləri Fələstin qaçqın düşərgəsinə basqın təşkil etdi

-- 13 fələstinli yaralanıb

Sionist İsrail rejim əsgərləri bu gün səhər Ramallah yaxınlığındakı Əl-Amari Fələstin Qaçqın Düşərgəsinə basqın edib.
 
Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, basqına reaksiya göstərən fələstinlilər ilə İsrail əsgərləri arasında toqquşma baş verib.
 
İsrail əsgərləri fələstinliləri dağıtmaq üçün rezin güllə və gözyaşardıcı qaz istifadə edib.
 
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrail əsgərlərinin hücumlarında 13 fələstinli yaralanıb.
 
Düşərgə sakinləri bir çox evə basqın edən İsrail əsgərlərinin 9 nəfəri nəzarətə aldığını bildirib. 

Google+ WhatsApp ok.ru