İsrail əsgərləri fələstinli sürücünü güllələyərək qətlə yetirib - FOTO/VİDEO

İsrail əsgərləri fələstinli sürücünü güllələyərək qətlə yetirib - FOTO/VİDEO

Səhiyyə əməkdaşları üç israilli hərbçinin xəsarət aldığını bildirib

Bu gün İordan çayının qərb sahilinin Beytləhm rayonunda yerləşən Quş-Etzion yol qovşağı ərazisində avtomobili ilə hərəkətdə olan Fələstin sakini İsrail əsgərləri tərəfindən güllələnərək qətlə yetirilib.
 
Maide.az Felestin.info-a istinadla xəbər verir ki, məlumatı təsdiqləyən Fələstin Qızıl Xaç Cəmiyyətinin açıqlamasına görə, Ceyşə qaçqın düşərgəsinin sakini olan Rəmzi Əbu Yabis avtomobili ilə işə gedərkən güllələnib.
 
İşğalçı İsrail ordusu Rəmzinin Karmeyi-Tsur yəhudi qəsəbəsini yaxınlığındakı yol qovşağında avtomobili ilə hərbçilərin üzərinə hücum etdiyini və bu səbəbdən güllələndiyini bildirib. Səhiyyə əməkdaşları üç israilli hərbçinin xəsarət aldığını bildirib. Hərbçilərdən ikisinin xəsarətləri yüngül, birinin isə orta dərəcəli olub.
 
 
 
 

Google+ WhatsApp ok.ru