İsrail əsgərləri 17 yaşlı yeniyetməni güllələyərək öldürüb

İsrail əsgərləri 17 yaşlı yeniyetməni güllələyərək öldürüb

Dünən İsrail rejim qüvvələrinin Fələstinin Rəmallah şəhərində keçirdikləri zorakı reyd zamanı bir fələstinli yeniyetmə həlak olub.

Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rəmallahın əl-Cəluzin qaçqın düşərgəsində işğalçı ordunun reydlərinə qarşı keçirilən etiraz zamanı 17 yaşlı Mahmud Nəxlə qarın nahiyəsindən güllə yarası alıb.

Şahidlərin sözlərinə görə, yeniyetməyə cəmi 10 metr məsafədən atəş açılıb. Əsgərlər Mahmudu yaralı halda ələ keçirmək istəsələr də, tibb işçiləri onu hadisə yerindən xilas edə biliblər və 30 dəqiqə davam edən qarşıdurmadan sonra yaxınlıqdakı hospitala çatdırıblar. Buna baxmayaraq çoxlu qan itirdiyinə görə, o, dünyasını dəyişib.

Bildirək ki, Rəmallah şəhəri son iki gün ərzində işğalçı İsrail rejiminin tam blokadası şəraitindədir. Qanunsuz Ofra yəhudi qəsəbəsində iki israillinin güllələnmə sindən sonra şəhərə bütün giriş-çıxışlar bağlanıb. Yollarda nəqliyyatın hərəkəti dünəndən bərpa edilsə də, hərbi nəzarət gücləndirilib. İsrail ordusu hücumçuların axtarışı adı ilə Rəmallahda müxtəlif evlərə soxularaq dağıntılar törədir, qanunsuz həbslər həyata keçirir. Fələstinli Məhbuslar Cəmiyyətinin hesabatına əsasən son 24 sutkada 100 fələstinli İsrail rejim qüvvələri tərəfindən oğurlanıb. Son iki sutka ərzində isə İsrail qüvvələri tərəfindən qətlə yetirilmiş fələstinlilərin sayı 4 nəfərə çatıb.

Google+ WhatsApp ok.ru