İsrail əsgərləri HƏMAS liderini həbs etdi

İsrail əsgərləri HƏMAS liderini həbs etdi

 İsrail rejimi əsgərləri İordaniyanın qərb sahilində tanınmış HƏMAS liderlərindən Şeyx Həsən Yusifi həbs edib.   

Bu barədə İsrail mətbuatı məlumat yayıb.   

Məlumata görə, İsrail hərbçiləri dünən gecə Ramallah şəhərinin qərbində yerləşən Beytuniya bölgəsinə basqın təşkil edərək HƏMAS liderini həbs edib. 

 İsrail əsgərləri Şeyx Həsən Yusifin evini basqln edib və axtarış apardıqdan sonra o, həbs olunub.

Onunla brgə 12 digər fələstinli də saxlanılıb. 

 Qeyd edək ki, HƏMAS-ın İordaniyanın qərb sahilindəki ən mühüm millət vəkili və liderlərindən biri olaraq qəbul edilən Yusif, bundan əvvəl bir neçə dəfə saxlanılıb.  /eastnews.org/

Google+ WhatsApp ok.ru