İsrail əsgərləri dinc aksiya keçirən fələstinlilərə atəş açdı: 3 fələstinli şəhid oldu 04 May 2019 07:15 Fələstin Dünən cümə günü ilə əlaqədar Qəzzada daha bir dəfə Böyük Qayıdış yürüşü keçirilib. Maide.Az “RİA Novosti”-ə istinadla xəbər verir ki, Qəzzanı ayıran blokada sərhədinin qarşı tərəfində Fələstinin işğal olunmuş ərazisində mövqe tutmuş işğalçı İsrail ordusu dinc nümayişçiləri intensiv atəşə tutub. Yürüş iştirakçılarına odlu silahlardan və qaz bombaları ilə açılmış atəş nəticəsində 3 fələstinli şəhid olub, 50- dən çox fələstinli isə yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qidra məlumat verib. Onun sözlərinə yaralılardan 10-u uşaq, 3-ü tibb işçisi, 2-si qadın və 1- i isə jurnalistdir. Yaralıların bəzisinin durumu ağırdır. Bildirək ki, 2018-ci ilin 30 mart tarixindən başlamış Böyük Qayıdış yürüşlərində mənbələrin yazdığına görə bugünədək 300 nəfərə yaxın fələstinli həyatını itirib, 30 mindən çox insan yaralanıb. Yaralılardan 500 nəfərin vəziyyəti ağırdır. Qeyd edək ki, işğalçı İsrail rejim qüvvələrinin cümə günü blokadada olan Qəzzanın mərkəzi rayonuna endirdiyi hava zərbələri nəticəsində iki fələstinli həyatını itirib, 3 nəfər isə yaralanıb. Teqlər : #İsrail,#əsgərləri,#dinc,#aksiya,#keçirən,#fələstinlilərə,#atəş,#açdı:,#fələstinli,#şəhid,#oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi həbsxanalarında xərçəng xəstəsi olan 23 məhbus var Qəzza müqaviməti İsrail rejiminə cavab olaraq, sionistləri raket yağışına tutdu (VİDEO)
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar