İsrail əsgərləri Fələstinli yaşlı kişini Amerika polisinin üslubu ilə döydü -FOTO

İsrail əsgərləri Fələstinli yaşlı kişini Amerika polisinin üslubu ilə döydü -FOTO

İşğalçı İsrail rejiminin  ordusunun əsgərləri çərşənbə axşamı günü Qərbi Şəriyənin şimalında yaşlı bir fələstinlini vəhşicəsinə döyüblər.
 
Maide.Az “ABNA”a istinadla xəbər verir ki, sionist rejiminin hərbçiləri Fələstin vətəndaşlarına qarşı zorakılıq tətbiq ediblər ki, bu da qaradərili Amerika vətəndaşı Corc Floydun polis tərəfindən öldürülməsini xatırladır.
 
Mediada, işğal altındakı Qərbi Şəriyənin Tulkərəm rayonundan 8 km cənub-şərqdə yerləşən Şufa kəndində İsrail qüvvələrinin Fələstin vətəndaşına qarşı zorakılığa əl atmasına dair görüntüləri yayılıb ki, bu da Minneapolisdə Amerika vətəndaşı Corc Floydun bir polis məmurunun dizi altında öldürülməsini xatırladıb.
 
Xeyri Hanoun adlı 64 yaşlı fələstinli, işğalçı sionist rejimi tərəfindən sənaye parkının yaradılması məqsədilə Tulkərəm rayonunun cənubunda və şərqində yerləşən Cəbbarə, Ər-Rə`s və Şufa kəndlərinin ərazilərinin ələ keçirilməsinə qarşı keçirilən etiraz aksiyasında iştirak etdiyi üçün İsrail əsgərləri tərəfindən vəhşicəsinə döyülüb. 
 
Hücumun sosial mediada görüntülərinin yayılması sionist rejim ordusuna qarşı nifrəti  artırıb. 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru