İsrail əsgərləri  fələstinli gənci güllə ilə vurub, şəhid etdi – FOTO

İsrail əsgərləri fələstinli gənci güllə ilə vurub, şəhid etdi – FOTO

Sionist rejim əsgərləri  Qərbi Şəriyədə Nablusun cənubundakı Zətra keçidində fələstinli gənci güllə ilə vurub, şəhid edib. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  keçidi tətbiq olunmuş qaydalara uyğun keçmək istəyən fələstinli gəncin vurulmasına səbəb  işğalçı İsrail rejiminin əsgərlərinin ondan şübhələnməsi olub.  
 
İşğalçı rejim həmin gəncin avtomobili ilə insanların üzərinə hücum edəcəyindən şübhələndiyi üçün güllə ilə vurduğunu iddia edib. 
 
Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlamasında bildirib ki,  işğalçı rejim qüvvələri Fələstinli gənci vurduqdan sonra onun xilas edilməsi üçün  həkimlərin bölgəyə yaxınlaşmasına icazə verməyiblər. 
 
Fələstin mediası şəhid olan gəncin  Məhəmməd Cəbr Xedir olduğunu açıqlayıb. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru