İsrail aviasiyasi Livan hava məkanını pozdu

İsrail aviasiyasi Livan hava məkanını pozdu

Bu gün İsrail rejiminin hərbi aviasiyası Livanın hava məkanını növbəti dəfə pozub.   

Belə ki, İsrail hərbi aviasiyasına məxsus təyyarələr Livanın Şeba və Həssabiyə fermaları adlanan rayonunun hava məkanına daxil olub. 

 Xatırladaq ki, bu gün işğalçı rejim Livanla sərhəddə “Şimal qalxanı” adlı əməliyyatlara başlayıb.

Əməliyyatların məqsədinin “Hizbullah” hərəkatına məxsus gizli tunellərin aşkar edilərək, məhv edilməsi olduğu qeyd edilir. 

 Livan tərəfi İsrailin son əməliyyatlarını sərhəddə izləyir. Bu səbəbdən Livanın cənubunda olan BMT sülhməramlıları və Livan ordusu həyacan siqnalı ilə sərhəddə müşahidələrə başlayıb./eastnews.org/

Google+ WhatsApp ok.ru