İsrail BMT əməkdaşını həbs edib

İsrail BMT əməkdaşını həbs edib

İsrail rejimi  BMT-nin  fələstinli əməkdaşını Qəzza zolağında  HƏMAS-a dəstək ittihamı ilə 7 ay müddətinə azadlıqdan məhrum edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Röyters xəbər yayıb.
 
İsrail xüsusi təhlükəsizlik orqanlarının 2016-cı ilin avqustunda  yaydığı məlumatda bildirilir ki, BMT-nin  İnkişaf proqramında çalışan mühəndis Vahid Burş HƏMAS hərbi dəniz qüvvələri üçün körpünün tikilməsinə dəstək verdiyini həbsdən sonra etiraf edib. Agentliyin məlumatına görə, Burş iyul ayında həbs olunub və ədalətlə əməkdaşlıq çərçivəsində gələn həftə azadlığa buraxıla bilər.
 
Xatırladaq ki, ötən ilin avqust ayında  İsrail rejimi Qəzza zolağında Amerikanın World Vision xeyri cəmiyyətinin  nümayəndəsini həbs edib. Fələstinli Məhəmməd əl-Hələbi humanitar  büdcə layihələrindən HƏMAS döyüşçülərinə milyon dollarlıq yardımda ittiham olunur. Onun məhkəmə istintaqı hələ davam edir.
 

Google+ WhatsApp ok.ru