İsrail casusu Əlcəzayirdə həbs olundu 04 Avqust 2018 01:00 Xəbərlər Əlcəzayir təhlükəsizlik qüvvələri İsrailə caususluq etməkdə ittiham olunan Sülim Simur adlı şəxsi həbs edib. Maide.Az "İQNA" xəbər agentliyinə istinadən xəbər verir ki, məlumatı Əlcəzayir təhlükəsizlik qüvvələrinə yaxın mənbə yayımlayıb. Məlumatda deyilir ki, casus Vəhran şəhərində saxlanılıb. Onun üzərindən cib telefonu ilə çəkilmiş şəkillər aşkarlanıb. Şəkillər Əlcəzayirin dəniz qüvvələri, hərbi təsisatları, və digər mühüm obyektlərdən çəkilib. Casusluqda ittiham olunan 26 yaşlı Sülim Simur Vəhran şəhərinin "Məzgənə" hotelində xidmətçi işləyirmiş. Teqlər : #İsrail casusu Əlcəzayirdə həbs olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kaliforniyada yanğınlar davam edir - 8 nəfər ölüb, 1000-dən çox ev və ofis yanıb Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər