İsraildən Qəzzaya hücum təhdidi

Maide.az xəbər verir ki, İsrail rejiminin ordu radiosu müdafiə naziri Moşe Yalon əsgərlərlə görüşüb. O, ordunun Qəzzə ilə mübarizə üçün hər an hazırlıqlı olmasının lazımlığını bildirərək, "Ordu bütün gücüylə Qəzzaya yenidən hücum etmək məcburiyyətində qala bilər", - deyib.
 
Xatırladaq ki, İsrail rejiminin illərdir mühasirə altında saxladığı Qəzzaya 7 iyulda başlatdığı və 51 gün davam edən hücumlarında 2 min 150-dən çox insanın şəhid olub, 11 mindən çox insan yaralanıb. Hücumlarda zərər görən minlərlə bina hələ də bərpa edilməyib. Qəzzada qış aylarının gəlməsiylə xalqın böyük hissəsinin zərər çəkəcəyi bildirilir. 

Google+ WhatsApp ok.ru