İsrail, fələstinli deputatı 15 ay həbs cəzasına məhkum etdi

İşğal olunmuş Qərb sahilindəki Ramallah şəhərinin yaxınlığında yerləşən “Ufer” Hərbi Məhkəməsi bazar ertəsi günü millət vəkilinə qarşı hökmün bir gün əvvəl çıxarıldığını bildirib.
Maide.az xəbər verir ki, Sionist ordusunun adının çəkilməsini istəməyən nümayəndəsi açıqlayıb: “Cerar bir neçə ay əvvəl ona qarşı irəli sürülən ittihamlarla saxlanılaraq, daha sonra 15 ay azadlıqdan məhrum edilib”.
Fələstin Milli Azadlıq Cəbhəsinin yüksək rütbəli üzvlərindən sayılan Cerar aprel ayında səfər qadağasını pozması və fələstinliləri İsrailə qarşı hücumlara təşviq etmək ittihamı ilə həbs olunub.
Fələstinin Əsirlərlə İş üzrə Naziri İsa Qəraqe bu mühakimənin ədalətsiz və heç bir hüquqi əsası olmamasını deyərək, əlavə edib: Bu həbsin siyasi motivləri var. Ona qarşı irəli sürülən ittihamlar saxta və absurddur. İsrail qurumlarının iddia etdiyinin əksinə olaraq, onun həbs edilməsi üçün təhlükəsizlik baxımından heç bir əsas yoxdur.
Qeraqe, İrailin bu addımını fələstinliləri təqib etmək kampaniyası adlandıraraq, onu pisləyib../
 

Google+ WhatsApp ok.ru