İsrail fələstinlilərə məxsus daha 20 evi sökməyi planlaşdırır

İsrail fələstinlilərə məxsus daha 20 evi sökməyi planlaşdırır

-- Susya kəndinin bu il ərzində dağıdılmasının gözləndiyi qeyd olunur

Sionist İsrail rejiminin Fələstinin Susya kəndində 20 evi sökməyə hazırlaşdığı bildirilib.

Maide.Az "Eastnews"-a istinadən xəbər verir ki, işğalçı İsrail rejim mətbuatı rejimin  Ali Məhkəməsinin kəndin böyük hissəsinin hüquqi yollara ehtiyac duyduğu iddiasıyla dağıdılmasını təsdiq etmə işinə baxdığına diqqət çəkərək, İsrail rejiminin hüquq müşavirinin isə dağıntı işinə mane olacaq hüquqi bir vəziyyətin olmadığını iddia etdiyini qeyd edib.

Qəzetlər İsrail rəhbərliyinin məhkəmənin qərarını gözləmədən 15 evi dağıdacağını bildirərək, hökumətin bu evlərin fələstinlilərin söküntü qərarının dayandırılması üçün məhkəməyə etdiyi müraciətdən sonra tikildiyini iddia etdiyini yazıb.

Xatırladaq ki İsrail müdafiə naziri Aviqdor Liberman avqustda verdiyi açıqlamada Susya kəndinin bu il ərzində dağıdılmasının gözləndiyini qeyd etmişdi.

Google+ WhatsApp ok.ru