İsrail fələstinlilərin məktəbini sökdü

İsrail fələstinlilərin məktəbini sökdü

İordan çayının qərb sahilindəki İordaniya vadisində Tubas şəhəri yaxınlığındakı bir Fələstin məktəbi İsrail işğal qüvvələri tərəfindən sökülüb.

Bu barədə hadisə şahidləri məlumat verib.

Məktəbin sökülməsinə səbəb kimi icazəsiz olması göstərilib. İsrail qüvvələri söküntü zamanı kənd sakinləri ilə məktəbdə oxuyan fələstinli şagirdəri əraziyə buraxmayıb.

Məktəbin kənddəki Fələstinli ailələrin uşaqlarının təhsil alması üçün Fələstin Təhsil Nazirliyi tərəfindən açıldığı bildirilib. /eastnews.org/

Google+ WhatsApp ok.ru