İsrail hərbçiləri fələstinli balıqçıları atəşə tutublar

Sionist rejimə məxsus hərbi katerlər dənizdə fələstinlilərin balıqçı gəmilərini atəşə tutublar.

 “Anadolu” agentliyinin məlumatına görə, bu barədə fələstinli balıqçıların Həmkarlar İttifaqının sədri Nizar Ayyaş məlumat verib.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Lakin balıqçılar, guya, fələstinlilərə balıqçılıqla məşğul olmaq üçün ayrılan dəniz sahəsi sərhədlərinin pozulmasına görə saxlanılıblar.

Bildirək ki, müddətsiz atəşkəs barədə anlaşma çərçivəsində Sionist rejim  Qəzza üçün Aralıq dənizində balıqçılıqla məşğul olmağa icazə verilən zonanın sahəsini altı milə qədər genişləndirib. Lakin bundan əvvəl Fələstinin kənd təsərrüfatı naziri İsrailin bu ərazinin sahəsini beş milə qədər azaltdığını bildirib. /

Google+ WhatsApp ok.ru