İsrail həbsxanalarında neçə fələstinli saxlanılır?

2014-cü ilin tamamlanmasına sayılı günlər qalıb
İlin tamam olma ərəfəsində Fələstin muxtariyyəti İsrail rejiminin girov saxladığı Fələstinli əsir və məhbusların sayını açıqlayıb.
İslamazeri.az-ın "wattan.tv"-ə istinadən verdiyi xəbərə görə, fələstinli məhbuslardan məsul komissiyanın sədri Əbdünnasir Fərvanə, 2014-cü ildən etibarən İsrail həbsxanalarında 5000 fələstinlinin həbsdə saxlanıldığını açıqlayıb.
 
Əbdünnasir Fərvanə 4 min məhbusun 12 iyunda 3 yəhudi mühacirin cəsədinin tapılmasından sonra həbs olunduğunu, fələstinli məhbusların 18 ayrı zindanda saxlanıldığını deyib.
Açıqlamada qeyd edilib ki, həbsdə olan fələstinlilərdən 200-nün yaşı 18-dən az və 21 nəfəri isə qadındır. Bundan başqa saxlanılan 500 fələstinlinin məhkəməsi keçirilmədiyindən ittiham maddələri məlum deyil və müvəqqəti saxlanma məntələqələrində saxlanılırlar.
 
Eyni zamanda vurğulanıb ki, 478 fələstinli məhbus ömürlük həbsə məhkum edilib. /


 

Google+ WhatsApp ok.ru