İsrail hərbçiləri 2 fələstinli gənci yaralayıb

İsrail rejimi qüvvələri Qərb Sahilində 2 fələstinli gəncə atəş açaraq, onları yaralayıb.
 
Maide.az xəbər verir ki, Fələstinin MƏA xəbər agentliyinin verdiyi məlumata görə, sionist hərbçilər Qəzzə Zolağının cənubunda, Xəzaə məntəqəsinin şərqində fələstinlilərə tərəf atəş açaraq, 2 gənci yaralayıb. 
Digər tərəfdən sionist rejim hərbçiləri bu gün çərşənbə axşamı Beyt Ləhmdə yerləşən Aidə düşərgəsinə hücum edərək, 5 fələstinli gənci həbs edib. Hazırda sionist rejim zindanlarında 7 mindən çox fələstinli məhbus saxlanılır./

Google+ WhatsApp ok.ru