İsrail hərbçiləri Qərb sahilində 23 fələstinlini həbs edib

İşğal olunmuş ərazilərdə gedən toqquşmaların davamında, sionistlər hərbçilər dünən gecə və bugün səhər fələstinlilərin evlərinə hücumu və həmin şəxslərlə qarşıdurma zamanı onları həbs ediblər.
Maide.az xəbər verir ki, 1500-dən çox sionist hərbçi işğal olunmuş hərbi helikorpterlərin dəstəyi ilə Qüds şəhərinin şimal şərqindəki Şəfat düşərgəsinə hücum ediblər.
Məlumata görə, israillilər düşərgəyə daxil olduqdan dərhal sonra düşərgənin giriş qapılarını bağlayaraq, gözyaşardıcı qaz və səs bombaları atmış və fələstinlilərlə toqquşublar.
Fələstin mənbələrinin bildirdiyinə əsasən, israillilər çərşənbə günü Şəfat düşərgəsində bir ay əvvəl avtomobillə bir neçə mühacir sionisti vurmuş İbrahim əl-Əkarinin evini dağıdıblar. İsrail hərbçiləri bu gənc fələstinlinin intiqam əməliyyatından sonra, onu güllələyiblər.
İsrail qüvvələri daha əvvəl bir neçə dəfə həmin gəncin evini dağıtmaq üçün Şəfat düşərgəsinə hücum ediblər, lakin hər dəfə fələstinlilərin müqaviməti ilə üzləşiblər.
İsrail rejimi ordusu isə çərşənbə günü işğal olunmuş ərazilərin cənubunda və Qəzzanın ətraf rayonlarında, xüsusən də Nəqəb səhrasında qəfil hərbi manevr keçiriblər. Məlumatlara əsasən, bir günlük manevr hərbi qüvvələrin döyüş hazırlığının artırılmasına və Qəzza ilə mümkün müharibəyə başlamaq üçün hazırlıq məqsədilə həyata keçirilir. /
 
 
 

Google+ WhatsApp ok.ru