İsrail hərbçilərinin Qərb sahilinə hücumları davam edir

İsrail rejimi hərbçiləri Qüds İntifazəsini susdurmaq məqsədi ilə Qərb Sahilində bir qrup fələlstinlini həbs ediblər.
 
Maide.az xəbər verir ki, Fələstinin "əl-Yəum" informasiya portalının məlumatına görə, rejimin hərbçiləri cümə günü Qərb Sahilinin müxtəlif məntəqələrinə hücum edərək, 6 fələstinlini o cümlədən 2 tələbəni həbs ediblər.
 
Sionist hərbçilər həmçinin Beyt Ləhmin cənubunda yerləşən Dəhişə düşərgəsinə basqın edərək, fələstinlilərə tərəf atəş açıblar. Onlarla fələstinlinin yaralandığı bildirilir.
 
İsrail hərbçiləri həmçinin, tabeliklərində olan hərbi maşınla fələstinli bir gənci əziblər.
 
Digər tərəfdən, İsrail ordusu yəhudilərin "Fəsh" bayramının gəlib çatmasına görə, tam hazır vəziyyətə gətirilib.
 
Fələstin əraziləri 2015-ci ilin oktyabr ayından İsrailin cinayətləri əleyhinə Qüds İntifazəsinin şahididir. Bu günə qədər Qüds İntifazəsinin susdurulması istiqamətində 210 fələstinli şəhid edilib.

Google+ WhatsApp ok.ru