İsrail hərbçiləri 20 fələstinlini saxladı

İsrail hərbçiləri 20 fələstinlini saxladı

İsrail rejimi hərbçiləri ötən gecə İordan çayının qərb sahilində “terrorçuluqda” şübhəli bilinən şəxslərin axtarışı zamanı 20 fələstinlini saxlayıb.

Bu barədə İsrail MN-nin mətbuat xidməti məlumat verib. 

Məlumata əsasən, saxlanılan şəxslər dindirilmək üçün ümümi təhlükəsizlik xidməti olan ŞABAK-a təhvil verilib. 

 Xatırladaq ki, İsrail rejimi hərbçiləri mütəmadi olaraq müxtəlif bəhanələrlə İordan çayının qərb sahilində, o cümlədən Fələstinin digər şəhərlərindən gənc fələstinliləri həbs edir və yaxud qətlə yetirir. /eastnews.org/

Google+ WhatsApp ok.ru