İsrail hərbçiləri Qəzza zolağındakı fələstinli kəndlilərə hücum etdi

İsrail hərbçiləri Qəzza zolağındakı fələstinli kəndlilərə hücum etdi

 İsrail rejimi hərbçiləri blokadada olna Qəzza zolağında fələstinli kəndçilərə yenidən hücumlara başlayıb.
 
Maide.Az xəbər verir ki, bu barədə Fələstinin VAFA xəbər agentliyi məlumat verib.
 
Məlumata əsasən, işğalçı rejim hərbçiləri Qəzza zolağının cənubunda yerləşən Xan-Yunis şəhərinin şərqində kəndçilərə odlu silahlardan və toksiki qaz mərmiləri ilə atəş açıblar.
 
Rejim hərbçiləri kənd təsərüfatı ilə məşğul olan fələstinliləri öz sahələrindən çıxmağa məcbur ediblər.
 
Xatırladaq ki, İsail rejimi hərbçiləri mütəmadi olaraq Qəzza zolağında və İordan çayının Qərb sahilində işğal altında saxladığı ərzilərdə fələstinlilərə hücum edir, onları həbs edir, qətlə yetirir.

Google+ WhatsApp ok.ru