İsrail həbsxanalarında 60 fələstinli məhbus aclıq aksiyasına başlayıb

İsrail həbsxanalarında 60 fələstinli məhbus aclıq aksiyasına başlayıb

Sionist rejim həbsxanalarındakı fələstinli məhbuslar kütləvi şəkildə aclıq aksiyasına başlayıblar.
 
Maide.Az "iribnews"a istinadla xəbər verir ki, bu barədə Fələstinin "Əsirlərin müdafiəsi qrupu" məlumat verib.
 
Bildirilib ki, işğalçı İsrail həbsxanalarında fəal Mahir əl-Əxrəsin vəziyyəti ilə bağlı tələblərin yerinə yetirilməməsindən sonra daha 60 fələstinli məhbus aclıq aksiyasına başlayıblar.
 
Qeyd edək ki, fələstinli məhbus fəal Mahir əl-Əxrəsin 80 gündür davam edən aclıq aksiyası bir sıra beynəlxalq hüquq təşkilatlarında gündəmə gətirilib.
 
Xatırladaq ki,  Qəzzada Fələstinli fəallar da Mahir Əl-Əxrəsə dəstək məqsədi ilə BMT-nin Fələstindəki nümayəndəliyi qarşısında oturaq aksiya keçirib. . 

Google+ WhatsApp ok.ru