İsrail HRW Fələstin Ofisi rəhbərinin fəaliyyət icazəsini ləğv edib

İsrail HRW Fələstin Ofisi rəhbərinin fəaliyyət icazəsini ləğv edib

İsrail rejimi məhkəməsi İsrailə qarşı boykotu dəstəklədiyi iddiasıyla "Human Rights Watch"un (HRW) İsrail və Fələstin Ofisi müdiri Ömər Şakirin fəaliyyət icazəsini ləğv edib. Şakirin 14 gün ərzində ölkəni tərk etməsi istənilib.
 
Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, Fələstin İnsan Haqları Mərkəzi HRW-nin 2016-cı ilin oktyabrında fəaliyyətə başlayan Şakirin icazəsinin ləğvi qərarına İsrail Ali Məhkəməsində etiraz etdiyini bildirib.
 
Etirazda qərara əsas göstərilən boykotla mübarizə haqqında qanunun konstitusiyaya zidd olduğunun vurğulandığı qeyd edilib.
 
İsrail məhkəməsi Şakirin daim İsrailə qarşı boykot çağırışı etdiyini irəli sürərək, onun sosial media paylaşımlarını dəlil göstərib.
 
Məhkəmə boykota təşviqin HRW-nin şirkətlərə İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrində fəaliyyətlərinə son verməsini tövsiyə etdiyi hesabatına əsaslandığını bildirib.
 
Fələstin İnsan Haqları Mərkəzi qərarın təhlükəli olduğunu və insan haqları müdafiəçilərinin fəaliyyət sahəsini daraltdığını açıqlayıb.
 
İşğalçı rejiminin son illərdə insan haqları təşkilatlarına qarşı təzyiqlərini artırdığı diqqətə çatdırılıb.
 

Google+ WhatsApp ok.ru