İsrailin Arakib kənd sakinlərinə zülmü davam edir: Kənd 8 ildə 131  dəfə dağıdılıb

İsrailin Arakib kənd sakinlərinə zülmü davam edir: Kənd 8 ildə 131 dəfə dağıdılıb

İşğalçı İsrail əskərləri, ölkənin cənubundakı Nəcəf çölündə yerləşən, fələstinlilərin yaşadığı Arakib kəndindəki evləri 131-ci dəfə dağıdıb. 
 
Maide.Az "AA"a istinadən xəbər verir ki, Arakibi Müdafiə Komitəsinin üzvü Əziz ət-Turi İsrail əskərlərinin kəndə hücum etdiyini və 2010-cu ilin iyul ayından bu günə qədər 131 dəfə dağıntı törətdiyini bildirib. 
 
Dağıntı bitənə qədər kəndin nəzarət altında saxlandığını qeyd edən Ə.Turi, İsrail əskərlərinin bu dəfə ilk dəfə yıxdıqları evlərin yanında çuxur açdıqlarını və dağıntı qalıqlarını bu çuxura doldurduqlarını qeyd edib.
 
Ə.Turi bildirib ki, ağacların altında yaşamağa məcbur olsaq da torpaqlarımızdan getməyəcəyik. Arakibi yenidən inşa edəcəyik.  
 
Arakib kəndində 80-dən artıq fələstinli yaşayır. İşğalçı İsrail rejimi, kəndin qeyri-qanuni yollarla salındığını və yıxılması lazım olduğunu iddia edir. Kənd əhalisi isə bu torpaqların sionist rejimin qurulmasından daha öncə babalarından miras qaldığını söyləyir.
 
Nəcəf bölgəsindəki digər kəndlərdə oldiğu kimi su və elektrik xidmətlərindən istifadəyə imkan verməyən İsrail , bölgədə yaşayan fələstinlilərin ərazi mülkiyyətini də tanımır.
 
Fələstin qaynaqlarına görə İsrail indiyə qədər 220 min fələstinlinin yaşadığı 12 milyon hektar Nəcəf çölünün 11 milyon hektarını zəbt edib.

Google+ WhatsApp ok.ru