İsrailin ekologiya naziri yeni müdafiə nazirinə etiraz olaraq istefa verib

Sionist İsrail rejiminin ekologiya naziri, "Kulanu" Partiyasının təmsilçisi Avi Qabay Aviqdor Libermanın müdafiə naziri təyin edilməsinə etiraz olaraq istefa verib.
 
Maide.Az xəbər verir ki, bu barədə İsrailin "Reşet Bet" radiostansiyası məlumat yayıb.
Avi Qabayın qənaətincə, Aviqdor Libermanın müdafiə naziri təyin edilməsi ölkənin təhlükəsizliyinə laqeydliyin göstəricisidir.
 
Bundan başqa A.Qabayın hakim koalisiyadakı dəyişikliyə də hazır olmadığını vurğulayıb: "Libermanın müdafiə naziri təyin edilməsi cəmiyyətdə parçalanmanının dərinləşməsi və radikallaşma ilə nəticələnə bilər".
 
Qeyd edək ki, sağ yönlü ifratçı "Yəhudi evi" (Yisrael Beteinu) Partiyasına başçılıq edən Aviqdor Liberman  fələstinlilər və müsəlmanlara qarşı nifrəti ilə tanınır. Belə ki, bir müddət öncə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, B.Netanyahu onu  İsrailin hərbi işlər üzrə naziri vəzifəsini tutmağa dəvət edib. "Bu vəzifəni o vaxt qəbul edərəm ki, B. Netanyahu kabineti israillilərə hücum edən fələstinlilərin  edam edilməsi qanununu təsdiq etsin. Bundan başqa təhlükəsizlik siyasətlərində və  mühacirlərin qəbulu kimi məsələlərdə həqiqi dəyişikliklər edilsin. "
 
A.Libermanın müdafiə naziri seçilməsi Fələstinin işğal olunmuş ərazilərində yaşayan minlərlə yəhudinin də etirazına səbəb olub. Belə ki, bir neçə gün öncə İsrail rejiminin müdafiə naziri kimi Aviqdor Libermanın təyin edilməsinə qarşı kütləvi etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları Libermanın əxlaqsız və irqçi olduğuna dair şüarlar səsləndiriblər. Eyni zamanda etirazçılar işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun hakimiyyəti onları fəlakətə apardığına dair şüarlar səsləndiriblər. Bundan başqa, nümayişçilər nazirlər kabinetində baş verən dəyişiklikləri açıq-aşkar səhv adlandırıblar. /
 

Google+ WhatsApp ok.ru