İsrailin gözündən güllələdiyi 4 yaşlı uşaq vəfat edib

İsrailin gözündən güllələdiyi 4 yaşlı uşaq vəfat edib

Ötən həftə Qəzzada keçirilmiş Böyük Qayıdış yürüşü zamanı İsrail snayperi tərəfindən gözündən vurularaq yaralanmış 4 yaşlı uşaq vəfat edib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Qəzzanın Xan-Yunis bölgəsində güllələnərək ağır yaralanmış 4 yaş 8 aylıq Əhməd Yasir Səbri Əbu Abid dünən axşam saatlarında vəfat edib.
 
Güllə onun gözünə və qarın nahiyəsinə nüfuz edib. Yerli xəstəxanaya çatdırılan kimi əməliyyat edilən uşaq reanimasiya şöbəsində saxlansa da, həyatını xilas etmək mümkün olmayıb.
 
"İmemc"-in məlumatına əsasən, 4 yaşlı Əhmədin güllələndiyi gün - dekabrın 7-də İsrailin blokada və işğal siyasətinə qarşı sayca 37-ci Böyük Qayıdış yürüşü keçirilib. Həmin yürüşdə işğalçı ordu 72 fələstinlini yaralayıb. Onların 11-i uşaq, ikisi isə tibb işçisidir.
 
Bildirək ki, Böyük Qayıdış yürüşləri dövründə indiyədək 220 Qəzza sakini həlak olub ki, onların 34-ü uşaqlardır. Beş nəfər isə qadın və azyaşlı qızdır. Ümumilikdə 24 min nəfərə yaxın insan yaralanıb.
 

 

Google+ WhatsApp ok.ru