İsrailin işğal etdiyi Fələstin əraziləri ilə Livan sərhədində çəpər dağıdılıb - Foto

İsrailin işğal etdiyi Fələstin əraziləri ilə Livan sərhədində çəpər dağıdılıb - Foto

İsrail hərbçiləri ‘həyəcan’ siqnalına qaldırıldı

Ötən gecə İsrail rejiminin işğal etdiyi Fələstin əraziləri ilə Livan sərhədində naməlum şəxslər 3 fərqli ərazidə sərhəd çəpərini dağıdıb.
 
Sərhəd çəpərinin dağıdılması səbəbilə İsrail rejimi hərbçiləri həyəcan siqnalı ilə qaldırılaraq hadisənin baş verdiyi əraziyə yollanıblar.   
 
İsrail hərbçilərinin zədələnən sərhəd çəpərini bərpa etməyə başladığı qeyd edilir.  
 
Sionist rejim universitetinin professoru və analitiki Uni bin Munaxim bu hadisəni Hizbullahın sionist rejimə qarşı mürəkkəb bir oyunu kimi qiymətləndirib və iddia edib ki, Hizbullah bu hərəkəti qarşısında səssiz qalsa da, “Hizbullah” hərəkatının üzvlərinin olduğu avtomobilin hədəfə alınmasına necə reaksiya veriləcəyi ilə bağlı Təl-Əvivə mesaj göndərib.
 
Həmçinin Yedioth Ahronoth qəzetinin analtiki və Fələstin işləri üzrə ekspert Oliver Levy bu hadisə ilə bağlı  yazıb ki, Hizbullahın İsraildə yaratdığı vəhşət tənliyi  heyrətləndiricidir ... Hizbullah sərhədi keçmədən üç yerdə çəpəri dağıdaraq sərhəd keçidlərindəki maneələri qırmaq bacarığını göstərdi. 
 
Xatırladaq ki, iki gün öncə İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-lar Livan ərazisində “Hizbullah” hərəkatının üzvlərinin olduğu avtomobilə zərbələr endirib. Lakin PUA zərbələri nəticəsində ölən olmayıb.  
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru