İsrailin şikəst qoyduğu şəhər: Qəzza

İsrailin şikəst qoyduğu şəhər: Qəzza

 
Əhalisi 490 min olan Qəzzada sionist İsrail rejiminin hücumları nəticəsində şikəst olanların sayı 75 minə yaxındır.
 
Maide.Az xəbər verir ki, Qəzzada sionist İsrail rejiminin hücumları nəticəsində minlərlə insan əlil olaraq həyatını davam etdirir. Regiondan xaricdə müalicə almaq istəyənlər isə blokada ilə qarşılaşırlar.
 
AFP-nin Qızıl Xaç Cəmiyyətindən aldığı məlumatlara görə, Qəzzada sionist İsrail rejiminin hücumları nəticəsində 75 min nəfər müxtəlif dərəcələrdə əlilliklərə məhkumdurlar. Bölgənin əhalisinin sayı 490 min nəfərdir. 2014-cü ildən bəri sionist İsrail rejiminin qətliamlarında 11 min nəfər yaralanıb və onların çoxusu daimi əlilliyə məhkumdurlar.
 
Sionist rejim bir tərəfdən hücumlarla Qəzzalıları öldürüb yaralayarkən, yaralıların müalicə üçün bölgə xaricinə çıxmasına da imkan vermir. 2016-cı ildə 22 min 635 nəfər müalicə üçün Qəzza xaricinə çıxmaq üçün İsrail rejiminin rəsmi qurumlarına müraciət edib. 
 
Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə təkcə iyul ayında bu rəqəm 2 min 40 olaraq qeydiyyata düşüb. Onlardan 35 faizi mənfi cavab alıb.
 
Qəzzada hal-hazırda 2 min 300-dən çox protez qol və ya ayağa ehtiyac var. Həmçinin əlillərin ictimai həyata yenidən qayıtması üçün psixoloji dəstək verən mütəxəssislərə tələbəatı hər keçən gün artır. (dunyabulteni) /
 
İsrail'in 'engelli' bıraktığı şehir: Gazze | FOTO
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru