İsrailin Qəzzaya girişini əngəllədiyi mindən çox məhsul: uşaq oyuncağı, gəlinlik paltarı və... - FOTO 04 Avqust 2018 01:00 Fələstin Qəzza Blokadası ilə Mübarizə Xalq Komitəsi tərəfindən İsrailin Qəzzaya girişini əngəllədiyi mindən çox məhsulun nümayiş olunduğu sərgi təşkil olunub. Maide.Az "eastnews.org"-a istinadən xəbər verir ki, işğalçı İsrail rejimi butulka, plastik materiallar, uşaq üzgüçülük vasitələri, elektron cihazlar, əsas tikinti materialları, uşaq oyuncaqları, gəlinlik və qadın gözəllik ləvazimatları kimi məhsulların Qəzzaya girişinə icazə vermədiyinə diqqəti çəkən komitə sədri Camal əl-Hudari "Qəzzadakı humanitar böhran iqtisadiyyat sektorunun süqutunu özüylə gətirir", - sözlərini vurğulayıb. Hudari Qəzzadakı sənayenin də bitmə nöqtəsinə gəldiyini bildirərək, "İsrailin tətbiq etdiyi blokada və lazımi xam maddələrin Qəzzaya girişinə mane olması səbəbilə bölgədəki zavodların 80 faizi bağlanıb. Bu vəziyyət İsrailin Qəzzanı boğma və iqtisadiyyat sektorunu tamamilə məhv etmə siyasətinin bir hissəsidir", - deyib. Xatırladaq ki, iyul ayında Kərim Əbu Salim Sərhəd Qapısını bağlayan İsrail rejimi ötən həftə də evlərdə istifadə edilən qaz və yanacağın Qəzzaya girişini qadağan etmişdi. Teqlər : #İsrailin Qəzzaya girişini əngəllədiyi mindən çox məhsul: uşaq oyuncağı,#gəlinlik paltarı və... FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail ordusu Qəzza zolağında bir fələstinlini qətlə yetirdi, yüzlərlə insanı yaraladı - Foto/VİDEO 3-cü Azadlıq gəmisi Qəzzadan hərəkətə başlayıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar