İsrailin Qəzza nümayişlərində öldürdüyü və yaraladığı şəxslərin sayı açıqlanıb (HESABAT)

İsrailin Qəzza nümayişlərində öldürdüyü və yaraladığı şəxslərin sayı açıqlanıb (HESABAT)

İşğalçı İsrail rejim qüvvələri bu il martın 30-dan başlamış Böyük Qayıdış yürüşləri boyunca 253 nəfər nümayişçini qətlə yetirib, minlərlə insanı isə yaralayıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə Abdullah Hurani adına Araşdırma Mərkəzinin hazırladığı sonuncu hesabatda deyilir.
 
Hesabatda qeyd olunur ki, işğalçı rejim qətlə yetirdiyi Qəzza sakinlərindən 11 nəfərinin meyitini hələ də təhvil verməyib.
 
Təşkilat bildirib ki, öldürülən şəxslər arasında 45 uşaq da var. Ən azyaşlı qurban isə 18 aylıq Bayan Əbu Xəmaşdır. Həmçinin körpənin hamilə anası İnas Əbu Xəmaş, iki tibb bacısı və iki jurnalist də İsrailin qurbanları arasındadır.
 
Ümumilikdə 25 477 nümayişçi yaralanıb. Onların 13 750 nəfəri xəstəxanalara yerləşdirilib, qalanları isə ambulator müalicə alıb.
 
Yaralılar arasında 4379 uşaq da var. Onların yarısı birbaşa güllələnib, yaxud hava zərbələri zamanı qəlpə yarası alıb. Yaralılardan 2050 nəfəri kişi, 263 nəfəri isə jurnalistdir.
 
Bildirək ki, 2018-ci ilin 30 mart tarixindən etibarən hər cümə günü Qəzza əhalisi işğalçı İsrail rejiminin 11 ildən çoxdur davam edən blokada siyasətinə və işğallarına qarşı nümayiş keçirir.

Google+ WhatsApp ok.ru