İsrailin Qəzzada yaraladığı daha bir yeniyetmə vəfat edib

İsrailin Qəzzada yaraladığı daha bir yeniyetmə vəfat edib

Ötən həftə Qəzzada baş tutmuş Böyük Qayıdış yürüşündə işğalçı İsrail ordusu tərəfindən vurularaq ağır yaralanan yeniyetmə vəfat edib.
 
Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yaydığı qısa məlumata əsasən, 17 yaşlı Həsən Nofəl Bureyc qaçqın qəsəbəsi ərazisində qaz qumbarası zərbəsinə məruz qalıb. Aldğı xəsarət ağır olduğundan yeniyetmə 4 gündən sonra - dünən Qəzza xəstəxanasında vəfat edib.
 
Xatırladaq ki, 46-cı Böyük Qayıdış yürüşündə daha iki yeniyetmə 14 yaşlı Həsən Şələbi və 17 yaşlı Həmzə İşteyvi də snayperlər tərəfindən vurularaq qətlə yetirilib.
 
Bildirək ki, ötən ilin 30 mart tarixindən başlamış Böyük Qayıdış yürüşlərində indiyədək 265 nəfər Qəzza sakini işğalçı İsrail rejim qüvvələri tərəfindən qətlə yetirilib., 27 min nəfər yaralanıb. Onların 500 nəfərinin vəziyyəti hələ də ağır olaraq qalır.
 

Google+ WhatsApp ok.ru