İsrailin Qəzza zolağına bir gündə vurduğu ziyanın dəyəri açıqlandı

İsrailin Qəzza zolağına bir gündə vurduğu ziyanın dəyəri açıqlandı

Fələstin Kənd Təsərrüfatı Nazirliyi İsrail rejiminin Qəzza zolağına vurduğu maddi ziyanın dəyərini açıqlayıb.

Verilən rəsmi açıqlamada vurğulanır ki, dünən İsrail rejimi yağış sularının toplandığı su bəndinin qapaqlarını açaraq, Qəzza zolağındakı əkin sahələrinin sular altında qalmasına səbəb olub.

"Bunun nəticəsində Qəzza zolağındakı əkin sahələrinə 600 min dollar dəyərində ziyan dəyib", - deyə rəsmi açıqlamada diqqətə çatdırılıb. Qeyd olunub ki, İsrail rejimi bu addımı qəsdən atıb və məqsəd Qəzza zolağındakı insanları daha da zəiflədərək,sıradan çıxarmaqdır.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru