İsrailin təcavüzündə 8 fələstinli şəhid olub

İsrailin təcavüzündə 8 fələstinli şəhid olub

–- “Sərayal-Qüds” intiqam vəd edib

İşğalçı İsrail rejimi Qəzza Zolağının cənubunda Xan-Yunis şəhəri ərazisində yerləşən bir tuneli vurub.
 
Bu barədə əl-Məyadin telekanalına istinadla məlumat verir.
 
Məlumata görə hava zərbələri nəticəsində raketlərdən sızan zəhərli qaz nəticəsində tunelin içində 8 fələstinli şəhid olub. Onların arasında “əl-Qəssam Batalyonları”na tabe olan “Səraya əl-Qüds”ün baş komandiri Ərəfat Əbu-Murşid və onun müavini və daha 4 nəfər şəhid olublar. Onların yardımına gedən “əl-Qəssam Batalyonları”nın 2 döyüşçüsü də şəhid olublar.
 
Qəzzadakı “İslami Cihad Hərəkatı” intiqam vədi verib və Qəzzadakı bütün döyüşçülərdən hazır vəziyyətə gəlməyi istəyib.
 
Bu təcavüzü kəskin pisləyən HƏMAS bildirib ki, onun məqsədlərindən biri də Fələstinlilərin yenidən birləşməsinin qarşısını almaqdır.(islaminsesi)

Google+ WhatsApp ok.ru