İsrailli general Qüds valisinin sərbəst hərəkətinə qadağa qoyub

İsrailli general Qüds valisinin sərbəst hərəkətinə qadağa qoyub

İsrail rejimi Qüds valisi Adnan Qeysin İordan çayının qərb sahilinə səfər etməsinə qadağa qoyub.
 
Maide.Az "Felestin.info" istinadla xəbər verir ki, A.Qeys dünən səhər saatlarında Qüdsdə yerləşən Maskubiyyə təcridxanasına çağırılıb və burada ona qərb sahili rayonlarına səfərini növbəti 6 ay müddətə qadağan edən sənəd təqdim edilib.
 
Qadağa əmri İsrail ordusunun mərkəzi komandanlıq rəisi general-mayor Nadav Padan tərəfindən imzalanıb. Sənədə əsasən şəxsən N.Padan tərəfindən icazə verilənədək valinin İordan çayının qərb sahilinə səfəri və burada qalması qadağan edilib.
 
İsrail tərəfi valinin guya qanunsuz və zorakı fəaliyyətlər həyata keçirməsilə əlaqələndirib.
 
Qeyd edək ki, vali Adnan Qeys bundan əvvəl dəfələrlə İsrail rejim qüvvələri tərəfindən həbs edilib, sorğu-suala cəlb edilib.
 

Google+ WhatsApp ok.ru