İsrail Livana hücum edərsə .. - Hizbullah rəsmisi

İsrail Livana hücum edərsə .. - Hizbullah rəsmisi

Huzbullahın rəsmilərindən biri bildirib ki, əgər İsrail gələcəkdə hər hansı bir müharibəyə başlamaq niyyətinə düşsə təəccüblənəcək.
 
İkinci Livan müharibəsinin 11-cü ildönümü münasibəti ilə Əl Mənar telekanalına müsahibə verən Seyid Haşim Seyfəddin təşkilatın qüvvətləndiyini və genişləndiyini açıqlayıb. Həmçinin Seyfəddin bildirib ki, İsrailin Hizbullahın silahlı qüvvəsi haqqında dedikləri  hamısı qeyri-dəqiqdir, çünki o bu konteksdə dəqiq məlumatı heç hardan əldə edə bilməz. 
 
Qeyd edək ki, keçən ilin martında Küveytin qəzetlərindən biri Hizbullahın yeraltı zavod inşa etməsindən və 500 km-lıq radiusu olan raketlər istehsal etməsindən yazmışdı. Həmçinin raket əeyhinə, tank əleyhinə raketlərin  və dronların istehsalından bəhs etmişdilər. Bundan əlavə Fransanın internet juranallarından biri bu zavodlardan birinin şimal- şərqi Livanda yerləşdiyini  yazmışdı. Keçən həftə İsrailin müdafiə naziri Aviqodor Liberman Hizbullahın bu cür silahlara malik olmasını İsrail üçün qırmızı xətt hesab etmişdi. Bildirmişdi ki, təşkilatın bu cür imkanların genişlənməsinə maneçilik törədilməlidir. 
 
Xatırladaq ki, 2000 və 2006-cı ildə İsrail rejimin Livanda iki dəfə müharibə cəhdi uğursuzluqla nəticələnib. (islaminsesi) /
 

Google+ WhatsApp ok.ru