İsrail mallarının boykot edilməsi Fələstin iqtisadiyyatını dirçəldir 04 Noyabr 2015 02:00 Fələstin Qüds və Fələstinin müqəddəs məkanlarının müdafiəsi Xristian İslam Komisiyası bildirib ki, İsrail mallarını boykot etməklə Fələstin iqtisadiyyatı dəstəklənir. Maide.az xəbər verir ki, sözügedən Komisiya dünən 03 oktyabrda bəyanat yayaraq qeyd edib ki, İsrail iqtisadiyyatının boykot edilməsi Kampaniyasına milli və beynəlxalq səviyyədə yenidən start verilməsi zülmün və despotizmin rədd edilməsinin ifadəsidir. Komisiyanın baş katibi Həna İsa iqtisadiyyatın hər bir ölkənin inkişafının əsas təməli olduğuna diqqət çəkərək, Fələstin iqtisadiyyatının dəstəklənməsində İsrail mallarının boykot edilməsini səmərəli addım sayıb. O daha sonra işğalçı İsrail rejimi ilə əlaqə yaratmamağın və Fələstin xalqının bu rejimi dəstəkləyən ölkələrdə investisiya yatırmamasının vacibliyinə toxunub. Həna İsa habelə ərəb və İslam ölkələrini öz müəssisələrinə, layihələrinə və şirkətlərinə İsrail rejimi tərəfindən sərmayə yatırmağa imkan verməməyə çağırıb. O sonda İsrailin və onun tərəfdarlarının dünyada apardığı savaşın uğursuz olduğunu vurğulayaraq, bu rejimin iqtisadiyyatını boykot edən bütün Fələstin və beynəlxalq qurumlarını və təşkilatlarını alqışlayıb. / Teqlər : #İsrail mallarının boykot edilməsi Fələstin iqtisadiyyatını dirçəldir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəhudilərə daş atan fələstinliləri 3 il həbs cəzası gözləyir Vəhhabi şeyxin fətvası İsraili sevindirdi!
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar