İsrail ordusu 11 yaşlı fələstinli uşağı küçədə həbs edib (FOTO)

İsrail ordusu 11 yaşlı fələstinli uşağı küçədə həbs edib (FOTO)

İşğalçı İsrail qüvvələri dünən axşam saatlarında İbrahimi məscidinin yaxınlığında 11 yaşlı fələstinli uşağı həbs ediblər.
 
Maide.Az Felestin.info-a istinadla xəbər verir ki, işğalçı orduya məxsus patrul maşını qəfildən dayanıb, maşından düşmüş əsgərlər heç bir açıqlama vermədən Əhməd əl-Əvavdanı zorla maşına mindiriblər.
 
Sonradan İsrail ordusu iddia edib ki, 11 yaşlı uşaqda bıçaq olub və o, İsrail əsgərlərinə hücum edib. Əhməd Əvavda İsrailin qanunsuz salınmış Kiryət-Ərba yaşayış məskəni yaxınlığındakı təcridxanaya aparılıb.
 
 

Google+ WhatsApp ok.ru