İsrail ordusu cümə günü iki fələstinlini qətlə yetirib 26 Yanvar 2019 10:27 Fələstin Dünən işğalçı İsrail rejim qüvvələri Fələstinin Qəzza sektoru və İordan çayının qərb sahilində keçirilmiş dinc aksiyaları atəşə tutması nəticəsində iki fələstinli həlak olub, xeyli insan yaralanıb. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Rəmallahda baş tutmuş aksiyada işğalçı ordu odlu silahdan istifadə edib, nəticədə 17 yaşlı Əyman Hamid sinəsindən güllələnib. Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında deyilir ki, İsrail ordusu yaralı yeniyetməni ələ keçirib, sonrada Rəmallah hospitalında onun dünyasını dəyişdiyi elan edilib. Dünən oxşar faciəli hadisə Qəzzada da baş verib. Cümə günü ilə əlaqədar keçirilən Böyük Qayıdış yürüşü zamanı 25 yaşlı Əhəb Abid İsrail snayperlərinin hədəfinə tuş gəlib. Cümə yürüşündə bundan başqa 22 nəfər yaralanıb, onların 14 nəfəri uşaqdır. Qəzza Səhiyyə Nazirliyi bəyan edib ki, işğalçı ordu burada təcili tibbi yardım maşınını atəşə tutub, nəticədə 6 tibb işçisi yaralanıb. Bildirək ki, bugünədək Böyük Qayıdış yürüşlərində İsrail rejimi tərəfindən qətlə yetirilmiş fələstinlilərin sayı 261 nəfərə çatıb, 27 min nəfər isə yaralanıb. Teqlər : #İsrail,#ordusu,#cümə,#günü,#iki,#fələstinlini,#qətlə,#yetirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail ordusu Fələstində məktəblərə hücum edib, şagirdlər xəsarət alıb Fanatik yəhudilər kəndə hücum edərək əhalini güllələyiblər, ölən və yaralananlar var
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar