İsrail ordusu Fələstində məktəblərə hücum edib, şagirdlər xəsarət alıb

İsrail ordusu Fələstində məktəblərə hücum edib, şagirdlər xəsarət alıb

Dünən işğalçı İsrail ordu qüvvələri Beytləhm şəhərinin cənubundakı əl-Xızır qəsəbəsinə hücum edərək buradakı məktəbləri mühasirəyə alıblar.

Maide.Az Felestin.info )-a istinadla xəbər verir ki, bu barədə Beytləhm Təhsil Departamentinin direktoru Bəssam Cabir məlumat verib.

Bildirilib ki, işğalçı əsgərlər əl-Xızırın qədim hissəsində yerləşən məktəblərə çoxlu qaz qumbaraları atıblar, nəticədə xeyli şagird zəhərli qazların təsirinə məruz qalıb. Uşaqlara ilkin tibbi yardım göstərilib.

İşğalçı ordu uşaqları daş atmaqda ittiham edib və məktəbləri tamamilə ələ keçirməklə bağlı təhdid edib. Zorakı basqından sonra məktəblərdə dərslər buraxılıb və şagirdlər evlərinə göndərilib.

Qeyd edək ki, İsrail ordusu tez-tez Fələstin məktəblərinə hücumlar edərək tədris prosesini pozur.

Google+ WhatsApp ok.ru