İsrail ordusunun fələstinlilər barəsindəki yalanı ortaya çıxdı - VİDEO

İsrail ordusunun fələstinlilər barəsindəki yalanı ortaya çıxdı - VİDEO

İsrail rejiminin fələstinlilərə qarşı atdığı daha bir böhtanın üstü açılıb. Belə ki, İsrail ordusu İordan çayının Qərb sahilindəki tarlaların fələstinlilər tərəfindən yandırılmasını iddia edib. FaktXəbər bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülər isə bunun həqiqət olmadığını ortaya qoyub.
 
"Haaretz"in də yaydığı görüntülər onu göstərib ki, bölgədəki yanğınlar israillilər tərəfindən törədilir.
 
Görüntülərin ortaya çıxmasından sonra İsrail ordusu mövqeyini dəyişdirib və yanğınların israillilər tərəfindən törədilməsini qəbul edib.
 

Google+ WhatsApp ok.ru