İsrail ordusunun yarısından çoxu narkotik maddə istifadə edir - Rəsmi

İsrail ordusunun yarısından çoxu narkotik maddə istifadə edir - Rəsmi

-- əsgərlərin 54,3 faizi ən azı bir dəfə narkotik maddə istifadə edib

Sionist İsrail rejimi ordusunda xidmət edən əsgərlərin yarıdan çoxunun keçən il ən azı bir dəfə narkotik maddə istifadə etdiyi bildirilib.

 İsrail Narkotiklə Mübarizə Təşkilatının (IADA) araşdırmasına görə,işğalçı rejim əsgərləri arasında narkotik istifadə edənlərin sayı getdikcə artır. 

 Araşdırmaya görə, keçən il İsrail rejimi ordusunda xidmət edən əsgərlərin 54,3 faizi ən azı bir dəfə narkotik maddə istifadə edib. Son bir ayda ərzində narkotik maddə istifadə edən əsgərlərin sayı 40 faiz olub. 

 Qeyd edək ki. işğalçı rejim ordusundakı əsgərlərin narkotik istifadəsi keçən ilə qədər cinayət hesab edilir və həbs cəzası da daxil olmaqla, bəzi cəzalar tətbiq edilirdi.

Ancaq ordu 2017-ci ilin yanvar ayından bu qadağanı bir qədər yumşaltmışdı. Əsgərlərin hərbi hissədən kənada 5 dəfədən çox olmamaqla narkotik istifadəsinə həbs cəzası əvəzinə intizam cəzası verilməsini qərara alınmışdı. (eastnews.org)

Google+ WhatsApp ok.ru