İsrail ordusu Qəzzada dəniz blokadasına qarşı keçirilmiş aksiyanı atəşə tutub (FOTO/VİDEO)

İsrail ordusu Qəzzada dəniz blokadasına qarşı keçirilmiş aksiyanı atəşə tutub (FOTO/VİDEO)

Dünən Qəzzanın Aralıq dənizi sahillərində baş tutan blokada əleyhinə etiraz aksiyası işğalçı İsrail ordusu tərəfindən atəşə tutulub.
 
Maide.Az Felestin.info -a istinadla xəbər verir ki, Qəzzanın dəniz blokadasını yarmağa hədəflənmiş növbəti "Azadlıq" gəmi karvanını dəstəkləmək üçün sahilə yaxınlaşan etirazçılar həqiqi güllələr və gözyaşardıcı qazlarla atəşə tutulub.
 
Məlumata görə, 49 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında jurnalistlər və tibb işçiləri də var. Hadisə yerindən bildirilib ki, yeddinci dəfədir keçirilən dəniz aksiyasında 50 qayıq iştirak edib. Qayıqlarda şagirdlər və yaralı şəxslər olub.
 
HƏMAS rəhbərliyi qəzzalıların qətiyyət və cəsarətini alqışlayıb.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru