İsrail ordusu Rəmallahda iki fələstinlini qətlə yetirib, bir nəfəri yaralayıb

İsrail ordusu Rəmallahda iki fələstinlini qətlə yetirib, bir nəfəri yaralayıb

Bu gün sübh saatlarında işğalçı İsrail rejim qüvvələrinin Rəmallah şəhərinin Kəfr-Nimə qəsəbəsində açdığı atəş nəticəsində iki fələstinli gənc həlak olub, bir nəfər yaralanıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə açıqlama yayan işğalçı ordunun mətbuat xidməti gənclərin işğalçı əsgərlərə tərəf avtomobillə hücum törətdiklərini və Molotov kokteyli atdıqlarını iddia edib.
 
Məlumatı İsrailin ivritdilli 0404 saytı yayıb. İsrailin "Channel 10" kanalının bildirdiyinə görə, avtomobillə törədilmiş insidentdə iki israilli əsgər yaralanıb. Bu zaman avtomobil intensiv atəşə tutulub, iki nəfər hadisə yerində ölüb, bir nəfər yaralanıb.
 
Şahidlərin sözlərinə görə, İsrail ordu qüvvələri Qızıl Aypara Cəmiyyətinin tibb işçilərini yaralılara yardım etmək üçün hadisə yerinə buraxmayıblar.
 
Hadisədən sonra Kəfr-Nimə qəsəbəsinin girişində yerli gənclərlə işğalçı əsgərlər arasında toqquşma baş verib. İşğalçı ordu rezin və metal güllələrdən istifadə edərək etirazçılara tərəf atəş açıb. Lakin yaralanan olmayıb.
 

Google+ WhatsApp ok.ru