İsrail polisi Əqsa məscidinə hücum edib, nəzarətçiləri həbs edib

İsrail polisi Əqsa məscidinə hücum edib, nəzarətçiləri həbs edib

Dünən işğalçı İsrail rejim polisi əl-Əqsa məscidinə hücum edərək burada çalışan fələstinli nəzarətçiləri həbs edib, qapıları bağlayaraq dindarları saatlarla içəridə saxlayıb.
 
Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, İsrail polisi Əhməd Əbu Əlya, Luey Əbu əl-Səd, Fadi Əlyan, Yəhya Şəhadə və Əvad əl-Səliməni həbs ediblər. Saatlarla polis şöbəsində saxlanıldıqdan sonra nəzarətçilər gecə radələrində sərbəst buraxılıblar.
 
Bildirək ki, dünən 90 nəfərə yaxın fanatik israilli miqrantlar İsrail polisinin dəstəyilə əl-Əqsa məscidinə yürüş ediblər. İsrail polisi Hərəmi-şərifi ələ keçirərək buranın qapılarını bağlayıb və müsəlmanlara günorta namazlarını qılmağa icazə verməyib. Buna cavab olaraq yüzlərlə Qüds sakini müqəddəs məkanın ətrafında etiraz aksiyası keçiriblər, İsrail rejim polisinin məsciddəki özbaşınalıqlarını tənqid ediblər. İsrail polisi isə daha da aqressivləşərək nümayişçilərə hücum edib, əl-Əqsa məscid kompleksinin direktoru Şeyx Ömər Kisvani döyülüb.
 
Məlumata görə, fanatik yəhudilərin məscidin həyətinə daxil olduğu vaxt İsrail polislərindən biri yəhudi dini geyimilə məscidə daxil olmağa cəhd edib. Lakin məscidin nəzarətçiləri onu içəri buraxmayıb. Buna cavab olaraq ərazidə qarşıdurma güclənib və əraziyə əlavə polis qüvvələri yeridilib.
 
Qeyd edək ki, yəhudi və xristianlar günün müəyyən saatlarında buraya daxil ola bilirlər. Bura məscid olduğu üçün qeyri-müsəlmanların burada dini rituallar yerinə yetirməsinə icazə verilmir.
 
 

Google+ WhatsApp ok.ru