İsrail polisi fələstinlilərə hücum etdi, 13 nəfər yaralandı

İsrail polisi fələstinlilərə hücum etdi, 13 nəfər yaralandı

Sionist rejim polisi  Əqsa məscidində cümə namazı qılan fələstinlilərə hücum edib. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  bu gün işğalçı İsrail polisi Məscidi-Əqsada cümə namazından sonra “Yüz ilin planı”na etiraz edən fələstinlilərə  hücum edib. 
 
Ilkin məlumata görə,  13 fələstinli yaralanıb.  Çox sayda fələstinli saxlanılıb. 
 
Qeyd edək ki, BMT və dünya ictimaiyyətinin İsrail-Fələstin münaqişəsilə bağlı qəbul etdiyi "1967-ci ilin əraziləri əsasənda iki dövlətin təsisi prinsipi"nə baxmayaraq, ABŞ prezidenti Donald Tramp Fələstinlə bağlı yeni planı açıqlayıb.
 
 Bu plana əsasən Qüds şhərinin bütünü, İordan vadisi, İordan çayının qərb sahilində "C" katiqoriyalı ərazilərin bir qismi, burada qeyri-qanuni tikilən yəhudi yaşayış massivləri İsrailin əraziləri elan edilib.
 

Google+ WhatsApp ok.ru