İsrail Qəza zolağı ilə sərhəd boyu ordusunu cəmləşdirir

İsrail Fələstin ərazisindən endirilən raket zərbələrinə cavab olaraq Qəza zolağı ilə sərhəd boyu ordu birləşmələrini cəmləşdirir. Bu barədə İsrail hərbçilərinin açıqlamasında bildirilir.  
 
Qeyd edək ki, iyunun 3-də İsrail ərazisindən Qəza zolağına endirilən hava zərbələri nəticəsində azı 11 fələstinli yaralanıb. Bundan əvvəl Qəza zolağından atılan raketlər İsrailin cənubunda iki evi uçurub. 
 
Xatırladaq ki, iyulun 1-də İsraildə İordan çayının Qərb sahilində oğurlanaraq qətlə yetirilən 3 yeniyetmənin dəfn mərasimi keçirilib. İsrail yeniyetmələrin qətlində “Həmas” hərəkatını günahlandırır. “Həmas” insidentlə əlaqəli olduğunu inkar edir.   

Google+ WhatsApp ok.ru