İsrail Qəzzaya elektrik enerjisinin verlişini daha da azaltdı

İsrail Qəzzaya elektrik enerjisinin verlişini daha da azaltdı

Humanitar böhranın daha da artacağı və zorakılığın vüsət ala biləcəyi barədə xəbərdarlıqlara baxmayaraq, İsrail Fələstin Administrasiyasının siyasətini dəstəkləyərək, iyunun 19-dan etibarən Qəzzaya elektrik enerjisinin verilişini dayandırıb.
 
Fələstin Enerji və Təbii Sərvətlər Nazirliyinin saytında bildirilir ki, İsrail rejimi Qəzzaya verdiyi enerjinin həcmini saatda 8 meqavata azaldıb.
 
Sionist rejim Qəzzaya saatda 125 meqavatt verir və 2 aydan artıqdır ki, ərazidə elektrik enerjisinin əsas mənbəyi idi. Bu səbəbdən HƏMAS-ın  nəzarət etdiyi əraziyə elektrik enerjisi gün ərzində 4-6 saat verilirdi.
 
HƏMAS-ın Mətbuat Xidmətinin rəhbəri Sami Əbu Zuhri  bildirib ki, İsrail rejimi Qəzzaya elektrik enerjisinin verilişini azaltdığına görə cavab verəcək.
 
İsrailin Qəzzaya elektrik enerjisinin verilişini azaltmasına görə, həmin ərazinin enerji kompaniyası artıq gündəlik 4 saatlıq qrafiki saxlaya bilməyəcək.
 
İsrail Müdafiə Nazirliyinin Qəzzaya elektrik enerjisinin verilişinə nəzarət bölməsi hələ ki, bununla bağlı şərh verməyib.
 
Sionist rejimin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Aviqdor Liberman rejimin Qəzzada enerji böhranına səbəb olan Fələstin Administrasiyası və HƏMAS arasında mübahisəyə qarışmadıqlarını bildiriblər. Libermanın sözlərinə görə, onlar Fələstinin daxili məsələsinə qarışmırlar və bu addımı atmalarının səbəbi fələstinlilərin elektrik enerjisinin pulunu verməmələridir. (faktxeber) /
 
Ötən həftə HƏMAS xəbərdarlıq etmişdi ki, Abbasın Qəzzaya elektrik verilişini azaltması barədə İsraildən xahişi fəlakətli və təhlükəli  nəticələr verə bilər.

Google+ WhatsApp ok.ru